Ümumdünya Səhiyyə Təşkilatı

Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri.

Ümumdünya Səhiyyə Təşkilatı
WHO[1], OMS[2], OMS, 世卫组织, 世衛組織, OMS[3], СУТ, ВОЗ[4]
Loqonun şəkli
Flag of WHO.svg
World Health Organisation headquarters, Geneva, north and west sides.jpg
Yaranma tarixi7 aprel 1948[5][6]
Rəsmi diliingiliscə[7], ərəbcə[7], standart çincə[7], ispanca[7], fransızca[7], rus dili[7]
Mərkəzi
Üzvləri
  • təq. 7.000 nəf. (2014)
who.int
who.int/fr
who.int/es
who.int/ru
who.int/zh
who.int/ar
who.int/pt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
ÜST-nın bayrağı

1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.

Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir.

Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. İcraiyyə Şurası Assembleyanın qərarlarını həyata keçirir, onun gündəliyini hazırlayır, komitələr yaradır, fövqəladə xarakterli tədbirlər görür. ÜST-nın inzibati orqanı başda Baş direktor olmaqla, Katiblikdir.

Katiblik İcraiyyə Şurasına tabedir və onun rəhbərliyi altında fəaliyyət göstərir. ÜST-nın nəzdində altı regional təşkilat fəaliyyət göstərir.

Xarici keçidlər

  1. 1 2 http://www.unbrussels.org/world-health-organization-who/.
  2. 1 2 https://web.archive.org/web/20210829204533/https://www.geneve-int.ch/fr/organisation-mondiale-de-la-sant-oms-1.
  3. 1 2 https://www.who.int/es/about.
  4. 1 2 https://www.who.int/ru/about.
  5. About WHO. World Health Organization Archive.
  6. Acerca de la OMS. Ümumdünya Səhiyyə Təşkilatı.
  7. 1 2 3 4 5 6 Multilingualism and WHO. Ümumdünya Səhiyyə Təşkilatı.
  8. About WHO. Ümumdünya Səhiyyə Təşkilatı.