Böyük Moğol imperiyası hökmdarlarının siyahısı

(Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı səhifəsindən istiqamətləndirilmişdir)


Böyük Moğol İmperiyasının hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir.

Baburilərin mənşəyi haqqında

Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī)[1] tərəfindən qoyulmuşdur.[2][3][4][5] Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi.[6] Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın[7] qızı Qutluq Nigar xanım idi.[8]

Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş[9][10] monqol[11][12] boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır.[11] Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.[13]

Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı.[12] Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəbfars dillərindən də təsirlənmiş[14] və çağdaş özbəkcənin[15][16] yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər. Baburun ölümündən sonra çağataycanın istifadə olunması getdikcə azalmış və əvəzinə fars dili, daha sonra da urdu dilindən istifadə olunmuşdur.[17]

Siyahı

PortretHökmdarTam adıAnadan olubHakimiyyətiÖlübQeydlər
 Babur
بابر
Qazi Zahirəddin Məhəmməd Babur
ظہیر الدین محمد
23 fevral 148330 aprel 152626 dekabr 153026 dekabr 1530
(47 yaşında)
  • Ömər Şeyx Mirzə Barlasın oğlu;[18]
  • Dövlətin əsasını qoymuşdur.[19]
 Hümayun
ہمایوں
Nəsirəddin Məhəmməd Hümayun
نصیر الدین محمد ہمایوں
17 mart 150826 dekabr 153017 may 1540
22 fevral 1555 - 27 yanvar 1556
27 yanvar 1556
(47 yaşında)
 Böyük Əkbər
اکبر اعظم
Cəlaləddin Məhəmməd Əkbər
جلال الدین محمد اکبر
14 oktyabr 154227 yanvar 155627 oktyabr 160527 oktyabr 1605
(63 yaşında)
  • Sultan Hümayun və Həmidə Banu Bəyimin oğlu;
  • Onun hakimiyyəti illərində Din-i Ilahi (15821605) rəsmi din olmuşdur.
 Cahangir
جہانگیر
Nurəddin Məhəmməd Səlim
نور الدین محمد سلیم
20 sentyabr 156915 oktyabr 16058 noyabr 16278 noyabr 1627
(58 yaşında)
 Cahan şah
شاہ جہان اعظم
Şahabəddin Məhəmməd Xürrəm
شہاب الدین محمد خرم
5 yanvar 15928 noyabr 16272 avqust 165822 yanvar 1666
(74 yaşında)
 Aləmgir
عالمگیر
Əbül Müzəffər Məhiyəddin Məhəmməd Övrəngzeb
محی الدین محمداورنگزیب
4 noyabr 161831 iyul 16583 mart 17073 mart 1707
(88 yaşında)
 Əzəm şahƏbül Faiz Qütbəddin Məhəmməd Əzəm28 iyun 165314 mart 17078 iyun 17078 iyun 1707
(53 yaşında)
  • Aləmgir və Dilras Banu Bəyimin oğlu.
 Bahadır şahQütbəddin Məhəmməd Müəzzəm14 oktyabr 164319 iyun 170727 fevral 1712
(4 il, 253 gün)
27 fevral 1712
(68 yaşında)
  • Əzəm şah və Rəhmət ün-Nisənin oğlu.
 Cahandar şahMazuddin Cahandar şah Bahadır9 may 166127 fevral 171211 fevral 1713
(350 gün)
12 fevral 1713
(51 yaşında)
  • Bahadır şah və Nizam Bəyimin oğlu;
  • Baş vəziri olan Zülfüqar xanın ona güclü təsiri vardı.
 FərruxsiyarƏbül Müzəffər Muinuddin Fərruxsiyar20 avqust 168511 yanvar 171328 fevral 1719
(6 il, 48 gün)
29 aprel 1719
(33 yaşında)
  • Əzim uş-Şan və Sahibə Nizvanın oğlu.
 Rafi ud-DarajatRafi ud-Darajat30 noyabr 169928 fevral 17196 iyun 1719
(98 gün)
9 iyun 1719
(19 yaşında)
  • Rafi uş-Şan və Raziyət un-Nisə Bəyimin oğlu.
 II Cahan şah
شاه جہان ۲
Rafi ud-Daulahiyun 16966 iyun 171919 sentyabr 1719
(105 gün)
19 sentyabr 1719
(23 yaşında)
  • Rafi uş-Şan və Nurunisə Bəyimin oğlu.
 Məhəmməd şahNəsirəddin Məhəmməd şah17 avqust 170227 sentyabr 171926 aprel 1748
(28 il, 212 gün)
26 aprel 1748
(45 yaşında)
  • Cahan şah və Qüdsiyə Bəyimin oğlu.
 Əhməd şahƏhməd şah Bahadır23 dekabr 172526 aprel 17482 iyun 1754
(6 il, 37 gün)
1 yanvar 1775
(49 yaşında)
  • Məhəmməd şah və Qüdsiyə Bəyimin oğlu.
 II Aləmgir şahƏzizəddin Aləmgir6 iyun 16992 iyun 175429 noyabr 1759
(5 il, 180 gün)
29 noyabr 1759
(60 yaşında)
  • Cahandar şahın oğlu.
 III Cahan şahMuhi ül-Millət171110 dekabr 175910 oktyabr 17601772
  • Muhi us-Sünnət Mirzə və Ruşqimi Bəyimin oğlu
 II Aləm şahƏli Gövhər25 iyun 172824 dekabr 175919 noyabr 1806
(46 il, 330 gün)
19 noyabr 1806
(78 yaşında)
  • II Aləmgir şah və Nəvab Zinət Mahal Sahibənin oğlu
 II Əkbər şahƏbu Nəsr Muinuddin Məhəmməd Əkbər şah22 aprel 176019 noyabr 180628 sentyabr 183728 sentyabr 1837
(77 yaşında)
  • II Aləm şah və Qüdsiyə Bəyimin oğlu.
  • Hakimiyyəti illərində faktiki olaraq Böyük Britaniyadan asılı olub.
 II Bahadır şahƏbu Zəfər Sirajuddin Məhəmməd Bahadır şah Zəfər24 oktyabr 177528 sentyabr 183714 sentyabr 1857 (19 il, 351 gün)7 noyabr 1862
  • II Əkbər şah və Lalbainin oğlu.
  • Hakimiyyəti illərində faktiki olaraq Böyük Britaniyadan asılı olub. Sipahilər üsyanına rəhbərlik etməyə məcbur edildi. Üsyan məğlub olduqdan sonra ailəsi ilə birlikdə Birmaya sürgün edildi.
  • Böyük Moğol İmperiyasının sonuncu hökmdarıdır.

İstinadlar

  1. Emperors new names (title) Mirza Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine, the title of Mirza and not Khan or Padishah, which were the titles of the Mongol rulers.
  2. Richards, John F. (1995), The Mughal Empire, Arxivləşdirilib 2016-05-29 at the Wayback Machine Cambridge University Press, p. 6, ISBN 978-0-521-56603-2
  3. Schimmel, Annemarie (2004), The Empire of the Great Mughals: History, Art and Culture, Reaktion Books Arxivləşdirilib 2013-05-28 at the Wayback Machine, p. 22, ISBN 978-1-86189-185-3
  4. Balabanlilar, Lisa (15 January 2012), Imperial Identity in Mughal Empire: Memory and Dynastic Politics in Early Modern Central Asia Arxivləşdirilib 2016-06-10 at the Wayback Machine, I.B.Tauris, p. 2, ISBN 978-1-84885-726-1
  5. Bose, Sugata Bose; Ayesha Jalal (2004). Modern South Asia: History Arxivləşdirilib 2019-12-11 at the Wayback Machine, Culture, Political Economy. Routledge. p. 28. ISBN 978-0-203-71253-5.
  6. "Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)"
  7. The Babur Nama in Englis, Zahiru'd-din Mubammad Babur Padshah Ghdzt, ANNETTE SUSANNAH BEVERIDGE
  8. Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69. ISBN 9780521850223.
  9. Encyclopædia Britannica, "Timur", Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." ...
  10. G.R. Garthwaite, "The Persians", Malden, ISBN 978-1-55786-860-2, MA: Blackwell Pub., 2007. (p.148 Arxivləşdirilib 2011-05-19 at the Wayback Machine)
  11. 1 2 B.F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "... We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments ... These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes - Barlas, Arlat, Soldus and Jalayir ..."
  12. 1 2 M.S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …"
  13. The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I Arxivləşdirilib 2007-02-23 at the Wayback Machine
  14. G. Doerfer, "Chaghatay" Arxivləşdirilib 2007-11-18 at the Wayback Machine, in Encyclopædia Iranica
  15. Allworth, Edward (1994). Central Asia: 130 Years of Russian Dominance, a Historical Overview. Duke University Press, 72. ISBN 0-8223-1521-1
  16. Khayrulla Ismatulla, "Modern literary Uzbek", Bloomington, Indiana University Press. 1995
  17. Robert L. Canfield, Robert L. (1991). Turko-Persia in historical perspective, Cambridge University Press, p.20. "The Mughals-Persianized Turks who invaded from Central Asia and claimed descent from both Timur and Genghis – strengthened the Persianate culture of Muslim India".
  18. "Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)"
  19. "Arxivlənmiş surət". 2012-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.

Həmçinin bax

Xarici keçidlər

🔥 Top keywords: