Səfəvi imperiyasının ordusu

Səfəvi imperiyasının ordusu — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvi dövlətinin ordusu. Səfəvi imperiyasının ordusunun təməli dövlətin yaradılmasından daha əvvəlki dövrdə qoyulmuşdur. Səfəvi ordeni zamanından mövcud olan müəyyən ordu sistemi dövlətin yaradılması uğrunda mübarizənin başladılması, dövlətin yaradılması, möhkəmlənməsi, genişlənməsi ilə paralel formada təkmilləşmişdir. Səfəvi ordusunda əsaslı islahat Şah I Abbasın adı ilə bağlıdır. Onun ordudakı islahatlarının əsas məqsədi qızılbaş əmirlərinin özbaşınalıqlarının qarşını almaq, vahid mərkəzdən idarə olunan güclü ordu yaratmaq və itirilmiş torpaqları geri qaytarmaq idi.

Səfəvi imperiyası Silahlı Qüvvələri
Safavid Flag.svg
Qurulub1501
Cari forma1736
DaxildirQızılbaşlar
Qorçular
Qulamlar
Topçular
Tüfəngçilər
QərargahTəbriz
Qəzvin
İsfahan
Əlaqədar məqalələr
RütbələrXan
Sultan
Bəy
Minbaşı
Yüzbaşı
Onbaşı

Səfəvi ordusunun yaradılması

Səfəvi ordusunun əsasını imperiyanın ilk şahı I İsmayıl (1501–1524) qoymuşdur. Bu prosesin əsası 1500-cü ildə, yəni Gilanda bir bölgə olan Lahicanda gizlənən İsmayılın artıq açıq fəaliyyətə başlamaq qərarına gəlməsi ilə qoyulmuşdur. Azərbaycana gedərkən ordu toplamış və Rəştə çatdığı zaman 450, Taroma çatdığı zaman isə 1500 döyüşçüsü olmuşdur. Yaydan etibarən artıq İsmayılın ətrafında 7 mindən artıq döyüşçü toplanmışdı. Bu ordunun demək olar ki, hamısı türk tayfalarından ibarət idi. Orduda qeyri-türk bircə irandilli tayfa olan talışlar mövcud idi. İsmayıl elə həmin ildə də Fərrux Yasar ilə savaşmış və qələbə qazanmışdır. Bu döyüşdə 7 min nəfərlik Qızılbaş ordusu 40.000 nəfərlik orduya qarşı döyüşmüşdü.[1][2]

Ümumi xüsusiyyətlər

İlk Səfəvi hökmdarları zamanı nizami ordu yox idi. Ordu müharibə zamanı əyalət hakimlərinin, bəylərbəyilərin ayrı-ayrı , qeyrinizami feodal dəstələrindən (qoşun) təşkil edilirdi. Bu, demək olar ki, qoşunları özləri gətirən və döyüşə aparan Azərbaycan tayfaları əmirlərinin süvari dəstələrindən ibrət olurdu. Bu toplanmış ordu onları gətirən tayfa başçıları tərəfindən təchiz edilir və saxlanılırdılar. Bu tayfa başçılarına, müxtəlif əmirlərə hətta döyüş zamanı da sərbəst hərəkət edə bilməsinə şərait yaradırdı. Şah ordunun komandanı hesab edilirdi, əgər hər hansısa səbəbdən şah orduda qatılmazdısa, ona komandan kimi adlı-sanlı Qızılbaş əmirlərindən biri şah tərəfindən təyin edilərdi. Bu xüsusiyyətləri ilə, Qızılbaş ordusu və ya Səfəvi ordusu öz sələfi Ağqoyunlu dövlətinin ordusuna bənzəyirdi.[3]

Müharibə zamanı Səfəvilərin düşmənə qarşı çıxardığı ordusunun sayı haqqında dəqiq məlumat əldə edilməmişdir. Ehtimal etmək olar ki, feodal hakimlərin müharibədə iştirakı dərəcəsindən asılı olaraq daim dəyişmişdir. Bunu hətta sayca az olan mənbələr də təsdiq edir. Alessandri belə hesab edir ki, müharibə zamanı qoşunların sayı 60 min nəfərə çatırdı. 1586-cı ildə Səfəvilər sarayına gəlmiş C. Vekyetti də güman edir ki, "ən diqqətli hesablamalara görə, altmış min nəfərdən artıq adamı silahlandırmaq olmaz…". Bu barədə ən qiymətli məlumatları Minadoi verir. O, müxtəlif vilayətlərin döyüşə çıxardığı feodal yığma qoşunlarının sayını göstərir. Məsələn, İsfahan və onun əyaləti 8 min nəfər, Kaşan – 4 min, Savə — 1 min, sultaniyyə — 1 min, Qəzvin – 12 min, Ərdəbil – 1 min, Şiraz – 8 min, Təbriz – 4 min, Qum — 2 min, Gəncə və Gürcüstanın bir hissəsi 4 min nəfər atlı verirdi. Bu siyahı heç də tam deyildir. Çünki Səfəvilər dövlətinin Xorasan, Şirvan, Çuxursəəd, Məşhəd, Kirman və s. kimi bir sıra mühüm əyalətlərini əhatə etmir. Minadoi "Səfəvilər döyüşə 60 minə qədər süvari çıxara bilirdilər" fikrini göstərərkən ehtimal etmişdir ki, əgər bütün əyalətlərin hakimləri birlikdə çıxış etsəydilər, o zaman Səfəvilər döyüşə sayı 130–140 min nəfərə çatan qoşun çıxara bilərdilər.[4]

Səfəvi tarixi üzrə mütəxəsis Oqtay Əfəndiyev kitabında I Şah Təhmasibin çağırışı ilə əlaqədar olaraq toplanmış orduya keçirilən baxışda iştirak etmiş salnaməçi Qazi Əhmədin ordudakı döyüşçü sayının 120 min olduğunu və ümumilikdə isə, Təhmasib ölənə yaxın onun şah təminatında (məvacibində) "qızılbaş tayfalarından və nəsillərindən 200 min adam var idi" yazdığını bildirmişdir. Əfəndiyev bu rəqəmlərin bəzi xüsusiyyətləri nəzərə alındıqda (mərkəzi hakimiyyətin heç vaxt bütün ordunu bir yerə gətirə bilmədiyi və s.) inanılır olduğunu əlavə etmişdir.[5]

Səfəvi imperiyasının erkən tarixlərində ordu da türklərlə yanaşı iştirak edən digər etnos gürcülər idi. Bu barədə müxtəlif venesiyalı tacirlərin xatirələrində məlumat vardır. Venesiyalı tacir Morati Augurioto belə döyüşçülərin Təbriz şəhərində də olduğunu yazmışdır.[6][6]

Yüksək hərbi komandanlar

"Dövlətin" sütunları" adlandırılan vəzifələrdən ən azı üçü hərbi vəzifələrdən olan şəxslər idilər: qullarağası, qorçubaşı və tüfəngçibaşı.[7][a] Dövlətin idarə olunmasında çox mühüm əhəmiyyət daşıyan, daxili dövlət şurası adlandırılan şuradakı şəxslərdən üçü mütləq hərbi vəzifələri daşımalı idilər. Cəngi adlandırılan bu şura hərb və sülh məsələləri də daxil olmaqla, dövlətin ən əhəmiyyətli məsələləri ilə məşğul olmalı idilər.[7] Bu qeyd olunan yüksək dərəcəli hərbi vəzifələri daşıyan şəxslər "dövlətin sütunları" adlandırılırdı. Ordunun komandanı hesab edilən sipəhsalar da hərbi məsələlər müzakirə edilən zaman cənginin iclaslarına qatılmalı idilər.[8]

Baş komandan

Əmir əl-üməra adlandırılan ordunun baş komandanı dövlətin idarə olunmasında mühüm əhəmiyyət daşıyan vəzifələrdən biri hesab edilirdi. Səfəvi imperiyasının ilk günlərində bu vəzifədə oturanların əksəriyyəti türk-qızılbaş tayfalarına mənsub olan şəxslər olmuşdur. Lakin XVII əsrdən etibarən bu vəzifəyə qeyri-qızılbaşlar da, xüsusən gürcü mənşəli qulamların təyin olunmasına başlanmışdır. Bu vəzifə üçün xarakterik olan digər xüsusiyyət onun XVII əsrdən etibarən Azərbaycan vilayətinin canişinliyi ilə eyniləşmiş vəziyyətdə idi. Beləki Azərbaycan vilayətinin canişini eyni zamanda Səfəvi imperiyasının ordusunun komandanı vəzifəsini də yerinə yetirirdi.[9]

1533-cü ilə qədər baş komandan vəzifəsini icra edən şəxs həm də vəkil vəzifəsini icra edirdi.[10] 1533-cü ildə Səfəvi şahı I Təhmasib bunun onun hakimiyyəti üçün təhlükəli olduğunu hiss etdi və vəkil postunun artıq ləğv edildiyini elan etdi. Beləliklə, o, ölkədə hər hansısa şəxsin onunla güc mübarizəsi apara biləcək səlahiyyətlərə sahib olmasının qarşısını almaq istəyirdi.[10] Həm də, 1524-cü ildə, hələ 10 yaşı olarkən şah olan Təhmasibin hakimiyyətinin ilk 8 ilində öldə daxili qarışıqlıqlara qərq olmuşdu. Bu dəyişiklik bu dönəmin artıq sonlandığının da nişanəsi kimi dəyərləndirilə bilər. Həmçinin, I Təhmasib vilayətləri idarə etmək üçün bəylərbəyi adlanan vəzifələr də yaratmışdı. Bu bəylərbəyilərinin özünü də vilayət ordusu və onun baş komandanı da mövcud idi.[10] Buna görə də, ölkədə əmir ül-üməraların sayının çoxalması mərkəzdəki əmir ül-üməranın gücünün azalması demək idi.[10] Bu bəylərbəyilərinin öz vilayətlərindəki hərbi əmirlər üzərində tam hakimiyyəti mövcud idi. Beləliklə, Qızılbaş əmirlərinin nüfuzu bir qədər zəiflədilmiş, mərkəzi hakimiyyətin nüfuzu yüksəlmişdir.[10]

XVII əsrə qədər əmir-ül üməra vəzifəsi qorçubaşı vəzifəsinə bərabər tutulurdu. Həmçinin, bu vəzifəni daşıyanlar tez-tez vilayət canişinliyi vəzifəsini də icra edirdilər. Əmir-ül üməraların naib və vəzir vəzifələrini tutduqlarına rast gəlmək mümkündür. Məsələn, Rüstəm xan əmir-ül üməra olmaqla bərabər, həm tüfəngçiağası və divanbəyi vəzifələrini də icra etmişdir.[9]

Sarayda böyük vəzifəyə sahib olmuş Mirzə Nağı Nasiriyə görə, əmir ül-üməranın müharibə zamanın ordunun baş komandanı olduğunu yazmışdır.[9] Səfəvi imperiyasının sonlarına doğru bu vəzifə qullarağası vəzifəsiylə birlikdə ən mühüm vəzifələrdən biri olmaqla yanaşı, qorçubaşıdan sonra gəlirdi.[11] Hüseynqulu xan əmir ül-üməra təyin edildiyi zaman ona marşal dəynəyi də verilmişdi.[12] Villem Floora görə, bu bilindiyi qədərilə ilk belə hadisədir ki, əmir əl-üməraya marşallık nişanı təqdim edilmişdir.[12]

Səfəvi ordusunun əmir əl-üməralarının siyahısı

NameEntered officeLeft officeEthnicityFamily/tribeMonarch
Hüseyn bəy Şamlı15011502Türkman[b]ŞamlıŞah İsmayıl
Nəcməddin Məsud Gilani15091509Gilək
Nəcmi Sani15091510FarsXuzani ailəsi
Seyid Mir Əbdülbağı Nemətullahi15131514Bilinmir
Məhəmməd bəy Süfrəçi Ustaclı15141515TürkmanUstaclı tayfası
Bəyazid Sultan Ustaclı15231524TürkmanUstaclı tayfaslŞah İsmayıl, I Təhmasib
Div Sultan Rumlu15231524TürkmanRumlu tayfası
Div Sultan Rumlu + Mustafa Sultan Ustaclı15241524TürkmanMüvafiq olaraq, RumluUstaclı tayfaları
Div Sultan Rumlu + Çuxa Sultan Təkəli15261526TürkmanMüvafiq olaraq, Rumlu və Təkəli tayfalarıI Təhmasib
Çuxa Sultan Təkəli15271527TürkmanTəkəli tayfasl
Hüseyn bəy ŞamlıAbdullah xan Ustaclı15311534TürkmanMüvafiq olaraq, Şamlı və Ustaclı tayfaları
Şahqulu Sultan Ustaclı15671568TürkmanUstaclı tayfası
Qaraçaqay xan16161626ErməniI Abbas
Zeynal xan Şamlı16291630TürkmanŞamlı tayfaslI Abbas, I Səfi
Rüstəm xan Sipəhsalar16311643GürcüSaakadze ailəsiI Səfi, II Abbas
Mürtəzaqulu xan Qacar16491649TürkmanQacar tayfasıII Abbas
Əliqulu xan16501654GürcüTarxan-Muravi ailəsi
Həmzə xan?1690-ə qədərBilinmirƏn azı I Süleyman
Əliqulu xan Zəngənə16661691KürdZəngənə eliII Abbas, I Süleyman
II Rüstəm xan Sipəhsalar16921692GürcüSaakadze ailəsiI Süleyman
Şahnəvaz xan17031703GürcüBaqrationilərŞah Sultan Hüseyn
Keyxosrov xan17091709GürcüBaqrationilər
Məhəmmədzaman xan Şamlı17121712TürkmanŞamlı tayfası
Mənsur xan?fevral 1715Bilinmir
Səfiqulu xanFebruary 1715?Bilinmir
Məhəmmədəli xan?iyun 1716QumuqQumuq şamxalı
Fətəli xan Türkmanoktyabr 1716oktyabr 1716Türkman
Hüseynqulu xan1716-cı ilin sonu1716-cı ilin sonuGürcüBaqrationilər
Fətəli xan Dağıstani17181720GürcüQumuq şamxalı
İsmayıl xandekabr 1720dekabr 1720Bilinmir
Şamir Əliaprel 1721aprel 1721Bilinmir
Məhəmməd bəy Şamlısentyabr 1721sentyabr 1721TürkmanŞamlı tayfasl
Hüseynqulu xaniyun 1722iyun 1722GürcüBaqrationilər

Qorçubaşı

 
Qorçubaşı vəzifəsində xidmət etmiş Səfəvi şahzadəsi İsa xan SəfəviPainting of Isa Khan Safavi, a notable Safavid prince who served as the qurchi-bashi.

Qorçubaşı Səfəvi şahının şəxsi qvardiyasının komandanının icra etdiyi vəzifədir. Çox qədim vəzifə olmaqla birliktə, Səfəvi imperiyasında mövcud olan vəzifələr içində ən önəmlilərindən biri hesab edilməkdədir.[13] Bu vəzifəyə təyinatlar həmişə qorçu korpusunun daxilindən olmuşdur.[13] Lakin bu yenə də qorçulara komandanlıq edənlərin həmişə qorçulardan biri olduğu mənasına gəlmir. Məsələn, XVI əsr boyunca qorçular döyüş meydanlarında tez-tez başqa komandanlar tərəfindən idarə olunmuşdur.[13]

Qorçular daxilində də məsələlər digər qızılbaş tayfalarındakı kimi yürüdülürdü.[13] Bildirildiyinə görə, qorçubaşılardan heç biri xan rütbəsinə sahib deyildi, onlar çox zaman bəy rübəsində xidmət edirdilər.[13] Masaşi Hanedaya görə, bu, qorçubaşı vəzifəsinin mühüm əhəmiyyət daşımasına baxmayaraq, birinci dərəcəli vəzifələr içində görülmədiyinin sübutudur.[13] Haneda bunu farsdilli qaynaqların incələnməsi zamanı da görməyin mümkün olduğunu bildirir. Beləki, bu qaynaqlarda qorçubaşılara o qədər də önəm verilməmişdir.[13] Bu qaynaqlarda daha çox sədr, vəkil və əmir ül-üməra vəzifələrinə olan təyinatlara diqqət edilmişdir. Villem Floor da bunu təkrarlayaraq əlavə edir ki, qorçubaşı hakim Qızılbaş elitası içində ikinci dərəcəli hesab edilmişdir.[13]

Mərkəzi hakimiyyətin zəiflədiyi dönəmlərdə bu vəzifə əsasən ŞamlıTəkəli tayfalarının üzvləri tərəfindən yerinə yetirilmişdir.[14] Digər rəhbər hərbi vəzifələr kimi qorçubaşının da müavini var idi.[14]

Həmçinin bəzi vilayət və əyalətlərdə xidmət edən qorçular da mövcud idi.[15] Məsələn, Gürcüstan valisinin özünün onu qoruması üçün qorçu korpusuna sahib olduğu bilinməkdədir.[16] Bu cü vilayətlərdə cəmləşmiş qorçular və onların komandanları mərkəzdəki ali qorçubaşıya tabe hesab edilirdi.[16]

Qorçu sözü qorumaq sözündən yaranmışdır.

Qullarağası

Qullarağası imperiyanın hərbi kölələrdə təşkil edilmiş qulam korpusunun komandanının icra etdiyi vəzifə olmuşdur. I Şah Abbasın hakimiyyəti illərində yaradılmış bu vəzifə yaradılmasından qısa müddət sonra imperiyadakı mühüm vəzifələrdən birinə çevrilmişdir.[17] Bunu çox sayda təyin olunmuş qullarağaları seçimlərindən görmək mümkündür.[17] Məsələn, I Şah Abbasın ən məşhur sərkərdələrindən biri olan Allahverdi xan ikinci qullarağası idi. Şah Abbasdan sonra hakimiyyətə gəlmiş I Səfinin ilk qullarağası Xosrov Mirzə idi. Baqration sülaləsindən olan və sonradan Kartlinin canişini kimi xidmət etmiş Xosrov Mirzəyə sonradan Rüstəm bəy adı verilmişdir.[17] Onun varisi İmeretiden olan Siyavuş bəy olmuşdur. Bu vəzifəyə bəzən qulam olmayanların da təyin olunmasına şahidlik etmək mümkündür, amma qullarağalarının çoxu gürcü mənşəli qulamlar olmuşdur.[17]

Bütün qulamların tiyul, həmesale məvacibi və mükafatları, barat, yəni məvacib qəbzləri və onların köçürülməsi onun təqdimatından sonra, ali divan vəziri tərəfindən yazılı icazə ilə öz həllini tapırdı. Dövlət və əyalətdə qulluq, yüzbaşılıq, minbaşılıq vəzifələri və bütün qulların tiyul, məvacib və mükafatı qullarağasının yazılı müraciəti əsasnda baş vəzirin tərtib etdiyi təliqəyə görə verilirdi. Qulamlara aid bütün işləri həmin idarənin ağsaqqalı olan qullarağası araşdırıb həll edirdi. Qulamların qulluq məvacibləri, tiyul, həmesale və mükafatları haqqındakı hökm və sənədləri qullarağası təsdiq edib möhürləyirdi. Qulamların rütbə siyahısı, bu təşkilatın vəzir və mustoufisi tərəfindən Şahın hüzurunda şəxsən onun özünə ərz olunurdu.[18]

Səfəvi imperiyasının son dönəmlərində qullarağası və əmir ül-üməra qorçubaşı vəzifəsindən sonra imperiyanın nə mühüm hərbi postlarl hesab edilirdi. Qullarağası "dövlətin sütunları"ndan biri hesab edilməklə birlikdə, şuradakı şəxslərdən də biri idi.[19] O, minbaşıların, yüzbaşıların və tüfəngçi qurslarla birlikdə, təbii olaraq bütün qulamların da komandanı hesab edilirdi.[20] O, həmçinin özündən alt rütbəli şəxslərin qarışdığı məsələlərdə də həlledici funksiyanı icra edirdi.[20] Lakin şəriətlə bağlı məsələlər şəriət hakimlərinə, maliyyə ilə bağlı məsələlərin həlli isə baş vəzirin səlahiyyətləri çərçivəsində idi.[20] Üzlərinə saqqal çıxmasına başlayan qulamlar qullarağasının komandanlığı altına girirdilər və yüzlüklər, onluqlar şəklində təşkil edilirdilər. Bölünməsi zamanı isə yüzbaşıların komandanlığına təhkim edilirdilər. Yüzbaşıların köməkçiləri isə onbaşı rütbəsini daşımaqda idilər.[20]

Topçubaşı

Topçubaşı imperiyanın artilleriya korpusunun komandanıdır. Digər ordu birləşmələri kimi təşkil edilən artilleriya bölmələrində də, topçubaşı ona yardım edən və daha aşağı rütbələrdə olan zabitlərə sahib idi. Topçubaşı artilleriya taborlarına (topxana) cavabdeh olmaqla birlikdə, artilleriya korpusuna lazım olan hissələrin təmin edilməsində də cavabdehlik daşıyırdı. O, öz korpusundakı bütün minbaşıların, yüzbaşıların və çərilərin komandanı hesab edilməklə birlikdə, onların vəzifəyə təyin edilməsini də həyata keçirirdi. 1660-cı ildə onun maaşı ildə 2 min tümən təşkil etməkdə idi və rəsmi olaraq atıcılar korpusunun komandanı olan tüfəngçibaşı vəzifəsiylə bərabər hesab edilməkdə idi. Administrativ mənada, qulamların mostafisi topçular korpusunun da işlərini yerinə yetirirdi.[21]

1655-ci ildə topçubaşı Hüseynqulu xan öldü və II Şah Abbas (164201666) yeni komandan təyin etmədi. Cəbhədarbaşı 1660–1661-ci illərdə bu vəzifəni müvəqqəti olaraq icra etdi. Villem Floor bu vəzifənin 1661-ci ildən sonra da bir müddət boş qaldığını yazmışdır.[22]

Topçubaşı termini bəzi əyalət və vilayətlərdəki yerli artilleriya bölmələrinin komandanları üçün də işlədilməkdədir. Bunun nümunələrindən biri 1701-ci ildə baş vermişdir. Bu tarixdə Tiflisdəki topçulardan biri Tiflis qalasındakı topçubaşı vəzifəsini müvəqqəti icra etməyə başlamışdır.[23]

Topçubaşı rütbəsi, əmir ül-üməra, qullarağasıqorçubaşı vəzifələrindən aşağı səviyyəli rütbə olmuşdur və onun maaşı da digərləri ilə müqayisədə aşağı idi.[24] Engelbert Kempferə görə, topçubaşı eyni zamanda admiral kimi də xidmət etmişdir, lakin 1734-cü ilə qədər aktiv Səfəvi donanmasının olmadığı da məlumdur.[25]

Tüfəngçiağası

Tüfəngçiağası Səfəvi imperiyasının ordusundakı tüfəngçilər korpusuna komandan edən şəxsin tutduğu vəzifənin adıdır. Onun komandnalığı altında çox sayda hərbi işlərlə maraqlanan minbaşı, yüzbaşı və s. olmaqla birlikdə, maliyyə məsələləri ilə maraqlanan mostafi və vəzirlər cəmləşmişdi. Tüfəngçibaşı da "dövlətin sütunları"ndan biri hesab edilirdi.[26]

Kağız üzərində bu vəzifənin yüksək hərbi vəzifələrdən biri hesab edilməsinə baxmayaraq, faktiki olaraq aşağı hərbi vəzifələrdən biri olaraq görülürdü. Məsələn, tüfəngçiağası "dövlətin sütunları"ndan biri olaraq qəbul edilməsinə baxmayaraq, şahlıq şurasının üzvü deyildi. Bu vəzifə çox zaman zadəgan ailələrindən olan hərbçilər tərəfindən icra edilmişdir.[27]

Bölmələr

Səfəvi imperiyası Barıt imperiyalarından biri hesab edilməkdədir. Bu üç imperiya Şimali Afrikaya, Qərbi Asiyaya, Mərkəzi AsiyayaCənubi Asiyaya XVI əsrdən XVIII əsrə qədər hökmranlıq etmişdir. Bu üç imperiyadan (OsmanlıBöyük Moğol imperiyaları nəzərdə tutulur) ən az əhali Səfəvi imperiyasında yaşamaqda idi və buna görə də, ordusu digərləri ilə müqayisədə daha az idi.[28] Bundan başqa, Səfəvi ordusu ənənəvi süvari gücünə əsaslanan türk tayfalarından təşkil olunduğuna görə, Osmanlı imperiyasındakı və ya Avropa dövlətlərindəki qədər barıt gücündən istifadə etməmişdir. 1600-cü illərə qədər odlu silahların istifadəsi aşağı səviyyədə idi və hətta adi mühasirə toplarından istifadəyə belə nadir hallarda rast gəlinirdi. Səfəvi ordusunda odlu silahların istifadəsini artırmağa çalışan və bundan uğur qazanmağa da nail olan ilk şah I Abbasdır, lakin yenə də odlu silahlara əsaslanan bölmələrdəki döyüşçü sayı qılıncla, nizəylə, oxla silahlanmış süvarilərdən həmişə çox az olmuşdur. Tüfəngçi korpusu o qədər də genişləndirilməmişkən, I Şah Abbasın ölümündən sonra artilleriya bölmələri də çox zəiflədi. XVIII əsrdə də Səfəvi ordusunun çox hissəsi ənənəvi silahlarla silahlanmış vəziyyətdi idi. Bu vəziyyət Əfşar imperiyasının əsasını qoymuş olan Nadir şahın hakimiyyəti illərinə qədər belə davam etdi. Onun dövründə ilk dəfə ordunun çox hissəsi odlu silahlarla təcviz olunmuş vəziyyətə gətirildi.[29]

Qızılbaşlar

 
Səfəvi Qızılbaş ordusunun modeli.

Qızılbaş ordu birləşməsi türk və ya türkman tayfalarından təşkil olunmuş ordu idi. Böyük türk tayfaları Ustaçlılar, Rumlulat, Şamlılar, Zülqədər, Təkəli, Əfşar və Qacar tayfaları Qızılbaş hesab edilirdi və Səfəvi ordusunun əsasını təşkil edirdilər.[30] Qızılbaş ordusu Səfəvi imperiyasının ortaya çıxmasında və böyüməsində həlledici amil olmuşdur. Qulamlardan fərqli olaraq, Qızılbaşlara dövlət xəzinəsindən maaş verilmirdi, onlar hərbi xidmətləri müqabilində dövlət torpaqları hesabına verilən tiyul torpaqları alırdılar.[31]

Şah İsmayılın hakimiyyəti illərində Qızılbaşlar şahı müqəddəs insan kimi görür və onu İmam Mehdinin yer üzərindəki nümayəndəsi kimi qəbul edirdilər. Qızılbaşlardan seçilmiş şəxslər "əhl-i ixtisas" adlandırılaraq, İsmayılın Glandakı mühacirət həyatı boyunca Səfəviyyə ordeninin ayaqda qalması üçün mübarizə aparmışdılar. Bu Qızılbaş sərkərdələrinə lələ və digərləri daxil idi.[32]

Hakimiyyətinin sonrakı illərində Şah İsmayıl fərqli Qızılbaş əmirlərinin çox güclənməsindən çəkinməyə başladı və onları balanslamaq üçün müxtəlif addımlar atmağa məcbur oldu.[33][34] V Səfəvi imperiyası hökmdarı Şah I Abbas (1588–1629) Qızılbaş təsirini balanslaşdırmaq üçün qulamlar korpusunu yaratdı.[35] Bundan başqa, şah, ənənəvi olaraq vilayət idarəetməsini öz monopoliyalarına götürən Qızılbaşlara alternativ olaraq, qeyri-qızılbaşlar arasında canişinlər də təyin edirdi.[1]

Qorçular

Şahın şəxsiyyətinin mühafizəsi ilə məşğul olan şəxslərə qorçu deyilməkdə idi. Qorçular Qızılbaş tayfalarından toplanmaqla birlikdə, onlara dövlət xəzinəsindən maaş verilirdi. Qorçular Qızılbaş tayfalarından toplanmasına baxmayaraq, onlar Qızılbaş ordu bölməsindən fərqli bölmə hesab edilirdi.[36] İlk Səfəvi hökmdarları dövündə qorçuların çoxu eyni tayfadan idilər, lakin bu vəziyyət tədricən dəyişdi. Bu döyüşçülərə komandanlıq edən şəxslərə qorçubaşı deyilməkdə idi. Qorçuların sayı 3 min nəfər, I Təhmasibin dövründə (1524–1576) isə 5 min nəfərə yüksəlmişdi.[1][37]

Səfəvi sarayında elçi olmuş avropalı Minodoinin bildirdiyinə görə isə, pretoriya qvardiyasının (yəni qorçulərin) sayı 6 min nəfər idi. O bildirir ki, onlardan başqa, şahın yanında həmçinin, yasavulbaşının başçılıq etdiyi, eyni vəzifələri yerinə yetirən 700 nəfərlik yasavul dəstəsi də xidmət edirdi.[5] Onun qorçuların maaşları barədə bildirdiyi məlumata görə isə, 6 min nəfər qorçudan 4 mini malikanələrdən (torpaq mülklərindən) gələn gəlirlərin hesabına yaşayır, qalan 2 mini isə şah xəzinəsindən 160-dan 200-dək tsexin miqdarında mükafat (məvacib) almışdır.[5] Uzun bığ saxlamaları qorçuları fərqləndirən xüsusiyyət idi. İskəndər bəy Münşi yazırdı:

 Qorçuların cəsurluğu və qorxmazlığı haqqında belə danışırlar ki, istənilən döyüşdə onların yüz nəfəri (yəni Şah Təhmasibin) məiyyətinin başqa üzvlərinin mininə bərabər idilər.[38] 

Şah I Abbasın hakimiyyəti dövründə qorçuların mövqeyi xeyli gücləndi və onların sayı 10–15 min nəfərə qədər yüksəldildi.[16] Abbas bir çox qorçuya əyalətlərin idarə olunmasını da tapşırmışdı. Şah Abbasın hakimiyyətinin sonların qorçubaşı vəzifəsi imperiyada ən mühüm vəzifə hesab edilirdi.

Yerli hökmdarların da xidmətində yerli döyüşçülərdən təşkil olunmuş qorçular daxil idi. Gürcüstan valisinin xidmətində də qorçular dəstəsi və onlara komandanlıq edən qorçubaşı mövcud idi.[16]

Qulamlar

 
Davud xan Undiladze — 1627-ci ildən 1633-cü ilə qədər Qarabağın hakimi olmuş qulam.

Hərbi kölə mənasını verən qulamlar Qafqazdan, xüsusən gürcülər, ermənilər və çərkəzlərdən toplanmış kölələrdən təşkil edilmiş hərbi bölmədə olan döyüşçülərə deyilirdi.[39]

Babayevə görə, qulamla korpusu Şah I Abbas tərəfindən güclü Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xanın 1588-ci ildə qətlə yetirilməsindən sonra yaradılmışdır.[1] Bu 1589-cu ildə Yulqulunun qullarağası vəzifəsinə təyin edilməsi ilə də təstiqlənir. Lakin, 1583-cü ildə də qullarağası vəzifəsinin adı qaynaqlarda keçməkdədir. Bu zaman isə, Səfəvi imperiyasının hökmdarı Şah Abbasın atası Məhəmməd Xudabəndə (1578–1587) idi. Lakin bu vəzifənin onun qeyri-sabit hakimiyyəti dövründə yaradılması ehtimalı aşağıdır. Gümanki bu vəzifə Qafqaza bir neçə dəfə yürüş etmiş Şah I Təhmasib dövründə yaradılmışdır.[1] Bu korpusun yaradılması və tədbiq edilməsi prinsipləri qonşu Osmanl imperiyasındakı yeniçəri korpusuna çox bənzəməkdədir..[40][41] Osmanlıdakı kölələr olan yeniçərilərdən fərqli olaraq, Səfəvi imperiyasındakı kölələrin atalarından qalma vəzifələrə keçməsi ənənəsi mövcud idi. Bu, Səfəvi və Osmanlıdakı kölə döyüşçü sistemləri arasındakı əsas fərqlərdən biri hesab edilə bilər.[42]

İranika Ensiklopediyasının bildirdiyinə görə, 1600-cü illərdə Səfəvilərin dövlət xadimlərindən biri olan Allahverdi xan Ser Robert Şirli ilə birlikdə, ordunun yenidən qurulması tapşırığını öz üzərinə götürmüş və nəticədə ordudakı qulamların sayı artırılmışdı. Bu artımın miqyasını anlamaq üçün rəqəmlərə baxmaq lazımdır. Artım 4 mindən 25 minə yüksəlmişdir.[43]

Yalnız Şah I Abbasın islahatlarından sonra Səfəvi ordusu tayfaların döyüşçülərindən təşkil olunmuş oxlu, qılınclı süvari ordudan əsasən piyadalardan təşkil olunmuş və qismən odlu silahla təcviz olunmuş orduya keçə bildi. Bu keçid Osmanlı imperiyası ordusu ilə rəqabədən meydana çıxmışdı.[44] Şah Abbasın vəzirlərindən biri olan Saru Tağının dövründə qulamlar öz güclərinin zirvəsinə çatdılar və Səfəvi imperiyasındakı mühüm vəzifələrin bir neçəsini ələ keçirdilər.[45]

Topçular

Topçu bölməsi hələ ilk şah I İsmayılın dövründə yaradılmışdı və daha sonra I Abbas tərəfindən bu bölmədə islahatlar aparılmışdı.[46] Vladimir Minorski də bunu təsdiq edir. Lakin o, qızılbaşların top və tüfənfdən 327 (tup-o-tüfəng) istifadə etməsinə dair mənbələrin ən ilkin məlumatının Səfəvilərin 1552-ci ildə Ərciş qalasını mühasirəyə almasına aid olduğunu göstərirdi. I Şah İsmayılın müasirləri olmuş naməlum tarixçi və İbrahim Əmini 1500-cü ildə Bakını mühasirəyə almış qızılbaşların yalnız tüfəngdən deyil, həm də top atəşindən (atəş- tup-o-tüfəng) istifadə etdiklərini bildirirlər. Bu da məlumdur ki, I Şah Təhmasibin 1538-ci il Şirvana yürüşü zamanı qızılbaş qoşunu Buğurd qalasına qarşı toplardan istifadə etmişdir. Bütün faktlar onu göstərir ki, Səfəvilərin əzəldən odlu silahı olmuşdur. Lakin çox güman etmək olar ki, belə silah onlarda sayca az idi, avropalılar vasitəsilə təsadüfən onların əlinə gəlib düşürdü. Səfəvilər özləri hələ odlu silah istehsal etmirdilər.[47]

Ümumiyyətlə, artilleriya bölməsinin komandanı topçubaşı adlanırdı. Səfəvi imperiyası mövcud olduğu illərin əvvəllərində topçu bölmələrin yaradılmasına və inkişaf etdirilməsinə o qədər də diqqət ayırmasa da, I Şah Abbasdan sonra bu işə xüsusi diqqət ayrılmışdır.[1]

Tüfəngçilər

Tüfəngçi bölməsi I Şah İsmayıl tərəfindən yaradılsa da, bu bölmədə də I Abbas tərəfindən islahatlar aparılmışdır.[48] Bu korpusun komandanı tüfəngçibaşı adlanırdı. Bu bölməyə müxtəlif bölgələrdən və tayfalardan döyüşçülər toplanırdı və gəldiyi regionlara görə qeydiyyata alınırdı.[49][1] Məsələn, əgər bir tüfəngçi Salyandan orduya cəlb edilmişdisə, o, "tüfəngçiən-e Salyan" adlandırılırdı. Bütün tüfəngçi qruplarının komandanı minbaşı rütbəsi daşıyırdı. İmperiyadakı tüfəngçilərin sayı təxminən 12 min nəfər idi və fars, türk, ərəb kəndlilərdən toplanırdı.[50][49]

Fəxri rütbələr

Səfəvi ordusunda 3 fəxri ad mövcud idi. Bu adlardan və ya rütbələrdən ən yüksəyi "xan", ikincisi "sultan" və üçüncüsü "bəy" idi. Erkən Səfəvi tarixində xan tituluna sahib şəxsə çox rast gəlinməsə də, onların sayı sonrakı dönəmlərdə çoxalmışdır.[1]

Həmçinin bax

Qeydlər

  1. Tüfəngçibaşı və ya tüfəngçiağaları heç də həmişə II Şah Abbasın dövründəki kimi "dövlətin" sütunları"ndan biri kimi qeyd edilmirdi.[7]
  2. Xüsusən qərb tarixşünaslıq əsərlərində, Türkman deyə keçən və müasir Türkmənlərlə səhv salınan bu tayfalar Azərbaycan türklərinin əcdadlarıdırlar.

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Haneda, 1986. səh. 503-506
  2. Floor, 2001. səh. 131
  3. Əfəndiyev, 2007. səh. 324
  4. Əfəndiyev, 2007. səh. 324-325
  5. 1 2 3 Əfəndiyev, 2007. səh. 325
  6. 1 2 Floor, 2001. səh. 130
  7. 1 2 3 Floor, 2001. səh. 33, 163
  8. Floor, 2001. səh. 29, 32, 33
  9. 1 2 3 Floor, 2001. səh. 18
  10. 1 2 3 4 5 Floor, 2001. səh. 17
  11. Floor, 2001. səh. 19
  12. 1 2 Floor, 2001. səh. 20
  13. 1 2 3 4 5 6 7 8 Floor, 2001. səh. 139
  14. 1 2 Floor, 2001. səh. 140
  15. Floor, 2001. səh. 148-149
  16. 1 2 3 4 Floor, 2001. səh. 149
  17. 1 2 3 4 Floor, 2001. səh. 172
  18. Bayramlı, Zabil. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: Avropa nəşriyyatı. 2015.
  19. Floor, 2001. səh. 19, 172, 174
  20. 1 2 3 4 Floor, 2001. səh. 174
  21. Floor, 2001. səh. 196
  22. Floor, 2001. səh. 197-198
  23. Floor, 2001. səh. 198
  24. Floor, 2001. səh. 199
  25. Floor, 2001. səh. 199-200
  26. Floor, 2001. səh. 184-187
  27. Floor, 2001. səh. 184
  28. Safavid, Mughal, and Ottoman Empires. Cambridge Core.
  29. Axworthy, Michael. "The Army of Nader Shah." Iranian Studies 40, no. 5 (2007): 635–46. Pages 636, 645.
  30. Blow, 2009. səh. 5
  31. Babaie və b. 2004. səh. 9
  32. Roemer, 1986. səh. 357
  33. Savory, 2007. səh. 50
  34. Mazzaoui, 2002
  35. Roemer, 1986. səh. 264-265
  36. Floor, 2001. səh. 152
  37. Blow, 2009. səh. 6, 37
  38. Əfəndiyev, 2007. səh. 326
  39. Blow, 2009. səh. 9-10
  40. "BARDA and BARDA-DĀRI v. Military slavery in Islamic Iran". İstifadə tarixi: 15 April 2014.
  41. Ina Baghdiantz McCabe, Gelina Harlaftis. Diaspora entrepreneurial networks: four centuries of history Berg, 2005 ISBN 1859738753
  42. Babaie və b. 2004. səh. 37
  43. R.M., Savory. "ALLĀHVERDĪ KHAN (1)". Encyclopaedia Iranica. İstifadə tarixi: 1 January 2016.
  44. Cathal J. Nolan. The Age of Wars of Religion, 1000-1650: An Encyclopedia of Global Warfare and Civilization, Volume 1. Greenwood Publishing Group. 2006. səh. 457. ISBN 0313337330.
  45. Babaie və b. 2004. səh. 11
  46. Floor, 2001. səh. 188-196
  47. Əfəndiyev, 2007. səh. 326-327
  48. Floor, 2001. səh. 176-184
  49. 1 2 Roemer, 1986. səh. 265
  50. Blow, 2009. səh. 37

Mənbə

🔥 Top keywords: