Vikipediya:Həftənin yaxşı məqaləsi/avqust 2022

Keşi təmizlə

31. Həftə
Edge (video game) edge time, animated.gif
Edge — "Mobigame" tərəfindən iOS qurğuları üçün hazırlanan və nəşr olunan pazl video oyunu. Oyunçuya verilən tapşırıq diyirlənən bir kubu labirintəbənzər səviyyələrdən keçirmək və hədəfə çatmaqdır. İlkin olaraq, 2008-ci ilin dekabr ayında "App Store" virtual mağazasında satışa çıxarılan oyun bir neçə dəfə oradan silinib və ora yenidən yerləşdirilib. Buna səbəb "Edge Games" studiyasının qurucusu Tim Lanqdellin oyunun başlığının "Edge" olması barədə müəllif hüququları pozuntusu üzrə olan şikayətləridir.

Bu oyunun qısa bir müddət "Edge by Mobigame" və "Edgy", daha sonra 2010-cu ilin yanvar ayında "App Store" virtual mağazasına orijinal adıyla qayıtmasına gətirib-çıxarmışdır. Oyun sonralar müxtəlif platformalarda buraxılmışdır – mobil telefonlar, PlayStation Portable, Windows, Mac OS X, Linux, Android, Wii U və Nintendo 3DS. Edge tənqidçilərdən müsbət rəylər almışdır. Onlar oyunun minimalist səviyyə dizaynını və çiptyun saundrekini tərifləmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


32. Həftə
Secaatname 0016 (cropped).jpg
Çıldır döyüşüSəfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində meydana gəlmiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


33. Həftə
Barnabas.jpg
Barnaba İnciliİsanın həyatından bəhs edən və həvari Varnavanın adından yazılmış ədəbi mətn. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir. Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir.

Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır. 2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


34. Həftə
Mogacapital.jpg
MoqadişoSomalinin paytaxtı, ən iri şəhəri və əsas portu, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır.

Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi SultanlığıOmanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı. Siad Barre rejiminin devrilməsindən sonra Moqadişoda vətəndaş müharibəsi başlamış, 2006-cı ildə İslam Məhkəmələr Birliyi tərəfindən idarə olunmuşdur. Bir müddət sonra, şəhər əş-Şəbab və digər radikal qruplar qruplarının döyüş meydanına çevrilmişdir. 2010-cu ildə yeni hökumətin seçilməsində sonra, əş-Şəbab şəhərdən çıxarılmş və şəhərdə sabitlik olmuşdur.(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


35. Həftə
Poster of play Devil.jpg
İblis — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Birinci Dünya müharibəsi illərində qələmə alınan pyesdə yazıçı bir filosof və humanist kimi düşüncələrini ortaya qoyur, ədalətsiz müharibələrə, bu cür müharibələri qızışdıranlara etiraz edir.

Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dram əsəridir. Pyes yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqət çəkir. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir.

Pyes ilk dəfə 1924-cü ildə, daha sonra 1927, 1959, 1969, 1982, 2001 və 2005-ci illərdə nəşr olunmuşdur. 1931-ci ilin Kiçik Sovet Ensiklopediyasında əsər poema adlandırılmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə